Şəhid məzarları və şəhid ailələrinin ziyarəti davam edir.
16 iyul 2024 | 21:23
16.07.2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Beyləqan rayon Prokuroru Ramazan Hadıyev və RİH başçısının müavinləri və şöbə müdirləri ilə birgə Bolsulu və Qəhrəmanlı qəsəbəsində şəhid məzarlarını ziyarət edib, daha sonra 16 şəhid ailəsinə baş çəkib.
Şəhid ailələrinin evində olan rayon rəhbəri şəhidlərimizin ailə üzvlərinə başsağlığı vermiş və bildirmişdir ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu hər birimiz üçün əzizdir və dövlətimiz hər zaman onların ailə üzvlərinə diqqət mərkəzində saxlayıb dəstək olacaq.
Sonda şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması təqdim olunub.
Şəhid ailələri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, şəhid ailələrinin ölkə başçısının ətrafında həmişə sıx birləşəcəklərini bildiriblər.