Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid övladları üçün istirahət proqramı davam edir

06 iyul 2025 | 10:29
Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi və “YAŞAT” Fondunun təşkilatçılığı ilə 5 günlük istirahət proqramı çərçivəsində 10-14 yaş arası 10 nəfər şəhid övladı bu gün səhər saat 08:00-da Lənkəran şəhərinə yola salınıb. Onların yerləşəcəyi məkan “Lankaran Springs Wellness Resort” istirahət mərkəzidir.
 
Qeyd edək ki, bu təşəbbüs çərçivəsində bundan əvvəl də 6 nəfər şəhid övladı istirahət edib. Proqramın davamı olaraq, avqust ayında daha 10 nəfər şəhid övladının eyni istiqamətdə istirahətə göndərilməsi planlaşdırılır.
 
Yola salma mərasimində Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işinin təşkili şöbəsinin müdiri Heybət Əliyev və şəhid ailələrinin üzvləri iştirak ediblər.
 
Şəhid övladlarının mənəvi rifahının və sağlam inkişafının təmin olunmasına yönəlmiş bu cür təşəbbüslər davamlı xarakter daşıyır və dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Keçidlər