Şəhid Qənbərov Elmir Rayil oğlunun ildönümü qeyd olunub.
27 dekabr 2024 | 12:17
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələr ilə birgə 44 günlük Vətən Müharibəsinin şəhidlərindən Qənbərov Elmir Rayil oğlunun ildönümü ilə əlaqədar ailəsini ziyarət ediblər.
Qəhrəmanlı qəsəbəsində şəhid ailəsinin evində olan rəsmilər onlara dərin hüznlə baş sağlığı verib, Elmir kimi torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir şəhidimizin xatirəsinin bütün Azərbaycan xalqı üçün əziz olduğunu, bəxş etdikləri Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığınını vurğulayıblar.
Beyləqan RİH başçısı Əziz Əzizov bütün şəhid ailələrinin və qazilərin dövlətimizin başçısı Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu, onların problem və qayğılarınən həll olunmasının başlıca prioriteti olduğunu diqqətə çatdırıb.
Şəhid Qənbərov Elmir Rayil oğlunun ailə üzvləri şəhidin keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən və döyüş xatirələrindən danışıb, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.