Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Quliyev Barat Nizami oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirildi

13 noyabr 2025 | 15:42
Noyabrın 13-də Beyləqan Rayon İcra Hakimiyyəti və Beyləqan Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ordun varsa, yurdun var!” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi Quliyev Barat Nizami oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir təşkil olundu.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Rayon Statistika idarəsinin rəisi Rövşən Quliyev, Beyləqan Gənclər Evinin əməkdaşları, şəhid anaları, qazilər, yeniyetmə və gənclər iştirak etdilər.
 
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə açıq elan olundu və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.
 
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev çıxış edərək bildirdi ki, Şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayır. Onlar Vətən uğrunda canlarından keçərək gələcək nəsillərə nümunə qoymuş, tariximizə qızıl hərflərlə yazılmışdır.
 
Tədbirdə həmçinin Beyləqan rayon Statistika idarəsinin müdiri Rövşən Quliyev, şəhidin atası Nizami Quliyev, Vətən müharibəsi qazisi Qarayev Namiq və digər çıxış edənlər vurğuladılar ki, Şəhidlərimizin xatirəsi daim hörmət və ehtiramla yad olunacaq, onların göstərdiyi şücaət gələcək nəsillər üçün örnək olacaq.
 
Qeyd edək ki, Barat Quliyev Nizami oğlu 22 dekabr 1991-ci ildə anadan olmuşdur. Şəhidimiz təhsilini 1999-2010-cu illlərdə Beyləqan şəhər 3 nömrəli tam məktəbdə almışdır. 2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrinə daxil olan Barat Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə iştirak etmişdir. Barat Quliyev oktyabr ayının 11-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidllik zirvəsinə ucalmışdır.
Keçidlər