Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Şamil Həsənov küçəsində təmizlik və abadlıq işləri aparılıb

04 sentyabr 2025 | 11:47
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən abadlıq tədbirləri çərçivəsində növbəti istiqamət Beyləqan şəhəri şəhid Şamil Həsənov küçəsi olub. Müvafiq texnika və işçi qüvvəsi cəlb olunmaqla görülən işlər çərçivəsində küçədə səliqə-sahman təmin olunmuş, tullantılar yığılmış, ictimai ərazilərin və yol kənarlarının təmizliyi həyata keçirilmişdir.
 
Həyata keçirilən abadlıq işləri ilə bağlı məmnunluğunu bildirən rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər