Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Sumbatzadə Vüsalın övladı Kənanın 1 yaşı qeyd olunub.

13 yanvar 2025 | 16:17
Antiterror əməliyyatları zamanı döyüşərək ali şəhidlik zirvəsinə ucalan şəhid Sumbatzadə Vüsal Barat oğlunun övladı Kənanın bu gün 1 yaşı tamam olur.
.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını rəhbər tutan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid övladını onun əziz günündə yalnız qoymadı.
 
Rayon rəhbəri icra hakimiyyətinin məsul iççiləri, YAP Beyləqan rayon təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid ailəsini Milabad qəsəbəsində ziyarət ediblər.
 
Əziz Əzizov şəhidin ailə üzvlərini balaca Kənanın doğum günü münasibətilə səmimi qəlbdən təbrik edib, fəxr yerimiz olan şəhidlərimizin ailələrinə, övladlarına sahib çıxmağın hər birimizin borcu və vəzifəsi olduğunu vurğulayıb.
 
Daha sonra balaca Kənana Rayon İcra Hakimiyyətinin hədiyyəsi təqdim olunub.
 
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını çatdırıb, ölkə başçısının siyasətini rəhbər tutaraq şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşan, əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələrini və məzarlarını ziyarət edən rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Keçidlər