Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Sumbatzadə Vüsalın yeni doğulmuş övladı ziyarət olunub.

06 aprel 2024 | 09:32
Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuş Sumbatzadə Vüsalın bu yaxınlarda oğlan övladı dünyaya gəlib. Atasının arzusu ilə körpəyə Kənan adı verilib.
 
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndələri şəhidin ailə üzvlərini və yeni doğulmuş övladını ziyarət edib, Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin salamlarını və təbriklərini çatdırıblar. Şəhid Sumbatzadə Vüsalın vətənimizin azadlığı və ərazi bütövlüyümüzün təmin olunmasında göstərdiyi rəşadətdən qürur duyduqlarını, Allahdan bütün şəhidlərimizə rəhmət dilədiklərini bildiriblər.
 
Şəhidin ailə üzvləri şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, şəhid ailələrinin ölkə başçısının ətrafında həmişə sıx birləşəcəklərinin bildiriblər.
 
Sonra İcra Hakimiyyəti tərəfindən balaca Kənanın hədiyyələri ailəyə təqdim olunub.
Keçidlər