Şəhid Vaqif İsmayılovun ailəsinə başsağlığı verilib
21 avqust 2026 | 10:42
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən Müharibəsi şəhidi İsmayılov Vaqif Vüqar oğlunun ailəsini şəhidin ailə üzvnünün vəfatı ilə əlaqədar ziyarət edib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, DTX-nın rayon şöbəsinin rəisi Vidadi Qurbanov və digər aidiyyəti şəxslər şəhid ailəsinə baş çəkərək mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbir diləyiblər. Rayon rəhbəri ailənin qayğıları ilə maraqlanıb, onların problemlərini və müraciətlərini dinləyib.
Qeyd edək ki, vəfat edən şəxs Vətən Müharibəsi şəhidi Vaqif İsmayılovun nənəsi, eyni zamanda şəhidin atası-Birinci Qarabağ müharibəsi veteranı Vüqar İsmayılovun anasıdır.
Görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolu və Vətən qarşısındakı xidmətləri ehtiramla yad olunub. Bildirilib ki, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial problemlərinin həlli, onların qayğı və müraciətlərinə həssaslıqla yanaşılması daim diqqət mərkəzində saxlanılır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.







