Şəhid Xasayev Elməddin Qoçu oğlunun şəhadətinin ildönümü qeyd edilib.
28 dekabr 2024 | 14:47
44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından Yeni Mil qəsəbə sakini XasayevElməddin Qoçu oğlunun şəhadətinin 4-cü ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub.
Beyləqan RİH başçı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH nümayəndələri ilə birgə şəhidin yaxınlarına dərin hüznlə baş sağlığı verib və bildirib ki, şəhidlərimizin tökülən qanı yerdə qalmayıb, onların ruhları şaddır, çünki Müzəffər Ali Baş Komanda İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun qəhrəmanlığı, şücaəti hesabına torpaqlarımızın suverenliyi bərpa olub, Qarabağımız düşmən tapdağından azaddır.
Əziz Əzizov şəhid Elməddini böyüdən valideynlərinə təşəkkür edib, indi Elməddinin bütöv Azərbaycanın övladı olduğunu, onunla xalqımızın fəxr etdiyini diqqətə çatdırıb.
Şəhidin anası onlara göstərilən yüksək diqqət və qayğıya, şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib.