Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Yaqublu Fərman Telman oğlunun şəhidlik zirvəsinə yüksəlməsindən iki il ötür..

23 iyul 2023 | 17:06
Bu gün Beyləqan rayonu Qəhrəmanlı qəsəbə sakini Yaqublu Fərman Telman oğlunun Kəlbəcər rayonu Basarkeçər ərazisində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhidlik zirvəsinə yüksəlməsindən iki il ötür.
 
Şəhidin il dönümü münasibəti ilə təşkil olunan məclisdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, şöbə müdiri Heybət Əliyev, ərazi icra nümayəndəliyi, şəhid ailələri iştirak edib, ailəsinə və yaxınlarına dərin hüzünlə baş sağlıqı veriblər.
 
Qeyd edək ki, Fərman Yaqublu 20 iyun 1993-cü il Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olmuşdur. Azərbaycan Ordusunun giziri olan Fərman Yaqublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.
 
23 iyul 2021-ci ildə saat 16:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçer rayonu ərazisindəki mövqelərdən Kəlbəcər rayonunu atəşə tutmuşdur. Açılan snayper atəşi nəticəsində Fərman Yaqublu şəhid olmuşdur.
 
Onun atası, Telman Yaqubov Birinci Qarabağ müharibəsində iştirak etmiş, 27 yanvar 1994-cü ildə Füzuli istiqamətində şəhid olmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər