“Şəhidlər abidəsi”nin ətrafındakı yollara yeni asfalt örtüyü çəkilib,abadlıq işləri görülüb.
03 aprel 2025 | 11:25
Yol infrastrukturunun yenilənməsi və inkişafı istiqamətində Beyləqan Rayon İcra Hakimiyyəti davamlı olaraq fəaliyyət göstərir: şəhərdaxili yollar yenidən qurulur,əsaslı təmirə ehtiyacı olan küçələrin asfaltlanması həyata keçirilir.
Aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa olunan abidənin ətrafında yenidənqurma və bərpa işləri görülür, yollara asfalt örtüyü çəkilib. Görülən işlər abidənin estetik görünüşünə təsir etməklə yanaşı sakinlərin asan gediş-gəlişini təmin edəcəkdir.
Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.