Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin xatirəsi ehtiramla yad edilib.

09 oktyabr 2024 | 15:58
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarının xatirəsi Beyləqan rayonunda daim uca tutulur, həmişə yad edilir.
 
Bu gün daha bir neçə Vətən Müharibəsi şəhidləri- Hüseyn Quliyev, Yalçın Dadaşov, Ziyəddin Yusifli, Elnur Rüstəmov, Ruslan Rəhimov, Anar Əliyev, Saleh Həsənov və Zaur Əlizadənin anım günləri qeyd olunub.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının nümayəndələri şəhidlərimizin doğulub, boya-başa çatdıqları Beyləqan şəhəri, Örənqala qəsəbəsi və Kəbirli kəndində təşkil olunmuş yas mərasimlərində iştirak ediblər.
 
RİH başçısı şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlər zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.
 
Şəhid ailələri qəhrəman övladları ilə fəxr etdiklərini bildirib, şəhidlərin xatirəsi olan ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər