Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 23-də Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib

23 sentyabr 2026 | 12:24
Sentyabrın 23-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.
 
Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbul zamanı rayon rəhbəri müavinlərin, şöbə və sektor müdirlərinin, eləcə də rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib. Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə olunub və qaldırılan problemlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
 
Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər qeydiyyata alınaraq araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görülməsi tapşırılıb. Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq göstərişlər verilib, digər məsələlərlə bağlı isə vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub və aidiyyəti qurumlara müraciət etmələri tövsiyə edilib.
 
Qəbulda iştirak edən sakinlər müraciətlərinə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, ölkədə həyata keçirilən sosial siyasətə və vətəndaşların problemlərinin həllinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər