Sentyabrın 24-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon sakinlərini qəbul edərək onların müraciətlərini dinləyib.
24 sentyabr 2025 | 12:07
Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan qəbulda icra başçısının müavinləri, şöbə müdirləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər. Qəbul zamanı vətəndaşların sosial rifah, məşğulluq, torpaq və digər məsələlərə dair qaldırdıqları məsələlər diqqətlə dinlənilib.
Sakinlərin müraciətləri qeydiyyata alınıb, problemlərin operativ həlli məqsədilə aidiyyəti üzrə müvafiq qurum və strukturlara tapşırıqlar verilib. Qanunvericilik çərçivəsində həlli mümkün olan məsələlər barədə vətəndaşlara izahatlar təqdim olunub, digər istiqamətlər üzrə isə müvafiq qurumlara müraciət etmələri tövsiyə edilib.
Qəbulda iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.







