Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 9-da Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.

09 sentyabr 2026 | 11:17
Sentyabrın 9-da Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilib. Qəbulda RİH başçısının müavinləri, aparatın şöbə və sektor müdirləri, aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
 
Qəbul zamanı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən vətəndaşlar fərdi qaydada qəbul edilərək onların sosial-məişət, məşğulluq, torpaq, kommunal və digər məsələlərlə bağlı müraciətləri diqqətlə dinlənilib. Səsləndirilən problemlərin bir qismi yerində araşdırılıb, qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə bağlı müvafiq tapşırıq və göstərişlər verilib. Araşdırılması vaxt tələb edən müraciətlərin icrası nəzarətə götürülüb və aidiyyəti qurumlara müvafiq göstərişlər verilib.
 
Qəbuldan məmnun qalan sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Keçidlər