"Sosial şəbəkələrdə mən" adlı tədbir keçirildi.
29 may 2024 | 18:51
29 may 2024-cü il tarixdə Beyləqan rayon Gənclər evində "Sosial şəbəkələrdə mən" adlı tədbir keçirilmişdir.Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Tural Hacızadə, Rayon Gənclər və İdman sektorunun əməkdaşı Oruc Vəliyev, Rayon Təhsil sektorunun əməkdaşı İkram Cəlilov və Gənclər evinin əməkdaşları Bahar Tağıyeva,Əhdilə Əlizadə və məktəb şagirdləri iştirak etmişlər.
Çıxış edənlər həyatımızın ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələrin cəmiyyətdə faydalarından və arzuolunmaz fəsadlarından- kibercinayətkarlıq, insan alveri, narkomaniya və s. hallardan bəhs etmişlər.Məktəblilərin və gənclərin bu kimi dələduzluq halları zamanı düzgün davranış və təhlükəsizlik qaydalarından istifadə etmələri tövsiyyə olunmuşdur.
Həmçinin sosial şəbəkələrin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rolu qeyd edilmişdir.
Tədbir müzakirələrlə başa çatdı.