Şriftin ölçüsü :

Saytın rəngi :

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı toplantı keçirilib.

05 aprel 2024 | 13:34

05.04.2024-cü il tarixdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı toplantı keçirilib. Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutuan tədbirdə çıxış edənlər qloballaşmanın nəticəsi olaraq iqlim dəyişikliklərinin su ehtiyatlarına çox ciddi təsir göstərdiyini, Azərbaycanda su ehtiyatları ilə bağlı problemlərin həlli istiqamətində ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər görüldüyünü vurğulayıblar. Toplantıda su ehtiyatlarından səmərəli istifadə məqsədi ilə mövcud imkanlar çərçivəsində qarşıda duran işlər barədə ətraflı müzakirələr aparılıb, konkret tapşırıqlar verilib.

Keçidlər