Tatalılar kəndində səyyar vətəndaş qəbulu keçirilib.
21 iyul 2026 | 18:47
21 iyul 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Tatalılar kəndində növbəti səyyar vətəndaş qəbulu keçirib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinə həssas yanaşılmasının, əhalinin problemlərinin yerində öyrənilməsi və operativ həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. O, səyyar qəbulların sakinlərlə birbaşa ünsiyyətin qurulması və onları narahat edən məsələlərin yerində araşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra qəbul zamanı kənd sakinləri onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciət və təkliflərini səsləndiriblər. Qaldırılan məsələlərin bir qismi yerində araşdırılaraq müvafiq izahat verilib, həlli vaxt tələb edən müraciətlər isə aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Sonda kənd sakinləri əhalinin rifahının yüksəldilməsi, bölgələrin sosial-iqtisadi inkişafı və vətəndaş müraciətlərinə göstərilən xüsusi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.







