Şriftin ölçüsü :

Saytın rəngi :

Tatalılar və Eyvazalılar kəndlərində Vətən Müharibəsi şəhidlərinin məzarları və şəhid ailələri ziyarət olundu, Vətən Müharibəsinin I qrup qazisinə baş çəkildi.

22 iyul 2024 | 22:27
22 iyul 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri və şöbə müdirləri ilə birlikdə rayonun Tatalılar və Eyvazalılar kəndində şəhid məzarlarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad edib.
 
RİH başçısı Əziz Əzizov şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib.
 
Daha sonra Vətən Müharibəsi qazisi Orxan Həsənov yaşadığı evdə ziyarət olunub. Rayon rəhbəri qazinin səhhəti və problemləri ilə maraqlanıb, valideynlərinə belə vətənpərvər övlad yetişdirdiklərinə görə minnətdarlıq hisslərini ifadə edib.
 
Görüşlərdə şəhid ailələrinə və Vətən Müharibəsi qazisinə Beyləqan Rayon İcra Hakimiyyətinin ərzaq sovqatları təqdim olunub. Onlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər