Təzəkənd kəndində şəhid atasının yas mərasimi keçirilib.
29 oktyabr 2025 | 09:05
Beyləqan rayonu Təzəkənd kəndində şəhid Səddam Bayramovun rəhmətə gedən atası Ələddin Bayramovun yas mərasimi keçirilib.
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Şahin İsmayılov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, idarə, müəssisə və təşkilat nümayəndələri iştirak etmişlər.
Rayon rəhbəri Əziz Əzizov şəhid ailəsinə dərin hüznlə baş sağlığı verərək, onların qayğı və problemləri ilə maraqlanmış, dövlətin və cəmiyyətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulamışdır.
Mərasimdə mərhumun və bütün şəhidlərin xatirəsinə dualar oxunmuş, onların əziz xatirəsi ehtiramla yad edilmişdir.
Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.







