Şriftin ölçüsü :

Saytın rəngi :

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov kollektivə təqdim olunub.

08 avqust 2023 | 16:44
Direktoru kollektivə təqdim edən TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev xəstəxanada xidmət keyfiyyətinin yüksəldilməsinin, pasient məmnunluğunun təmin edilməsinin vacibliyini vurğulayıb.
 
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova Bayram Muradovu təbrik etmiş, ona işində uğurlar arzulamışdır.
 
Bayram Muradov etimada görə təşəkkürünü bildirib. O, qarşıya qoyulan hədəflərə nail olmaq üçün səylə çalışacağını qeyd edib.
 
Bayram Muradova fəaliyyətində uğurlar arzulayırıq.
Keçidlər