Şriftin ölçüsü :

Saytın rəngi :

Türklər qəsəbəsində səyyar qəbul keçirilib

17 fevral 2026 | 17:12
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 17 fevral 2026-cı il tarixdə Türklər qəsəbəsində vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirib.
 
Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı ilə birgə hüquq-mühafizə orqanlarının rəhbərləri, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatların məsul şəxsləri də iştirak ediblər.
 
Görüşdən öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətində Beyləqan rayonunda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, abadlıq-quruculuq işləri, sosial-iqtisadi inkişaf tədbirləri barədə ətraflı məlumat verib. Bildirilib ki, rayonda yol, kommunal, təsərrüfat və əhalinin rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
 
Qəbul zamanı qəsəbə sakinləri onları narahat edən məsələləri, təklif və müraciətlərini diqqətə çatdırıblar. Hər bir müraciət ayrı-ayrılıqda dinlənilib, yerində araşdırılaraq müvafiq izahatlar verilib. Həlli vaxt tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb və aidiyyəti qurumlara tapşırıqlar verilib.
 
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər