Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar konfrans keçirilib.
04 may 2023 | 13:50
Beyləqan rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və rayon Məhkəməsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Beyləqan rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Ulu Öndərin Heydər Əliyev Mərkəzində yerləşən eksponatlarına baxış keçirilib, tədbir iştirakçılarına hər bir eksponat haqqında məlumat verilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxışlardan əvvəl Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Beyləqan rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon prokuroru Ramazan Hadıyev və digər çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib, dahi rəhbərin şəxsi keyfiyyətlərindən və liderlik məziyyətlərindən söz açaraq dövlətimizin qurulması və güclənməsi istiqamətində yorulmaz fəaliyyətindən ətraflı danışıblar.