“Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” adlı tədbir keçirilib.
11 aprel 2023 | 18:44
Beyləqan rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin Baş mühafizə idarəsinin Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq abidə önünə gül dəstələri düzülmüş, dahi şəxsiyyət dərin ehtiramla yad edilmişdir.
Daha sonra baş tutan tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş, Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dədqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan DİN-nin Baş mühafizə idarəsinin Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin rəisi, polis-polkovnik leytenantı Elşən Qayıbov müstəqil Azərbaycan dövlətinin hazırkı inkişaf mərhələsinə qədər keçdiyi əziyyətli yollardan bəhs edərək Heydər Əliyevin bu yoldakı misilsiz xidmətlərindən, onun xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındığından, ictimai-siyasi sabitlikyin təmin edildiyi barədə ətraflı danışmışdır.
Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova çıxış edərək ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttinin dayandığını qeyd etmişdir.
Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, YAP Beyləqan rayon təşkilatının nümayəndəsi Niyaməddin Əsgərov, Araz qəsəbə tam orta məktəbin tarix müəllimi Zaur Qədirov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs etmiş, Heydər Əliyevin həyat yolunun müstəqil Azərbaycanın güclənməsində, eləcə də savadlı, peşəkar və xalqını sevən gənclərin yetişməsində vacib rol oynadığını qeyd ediblər.
Sonda Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.