Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Beyləqan rayonunda da iməcilik keçirilib.

21 iyul 2024 | 16:39
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Astara, Ağstafa, Sabirabad, Quba, Qəbələ, Yardımlı rayonlarının meşə ərazilərində, eləcə də Beyləqan rayonu Əlinəzərli kəndi, Şəki rayonu Çeşməli kəndi, Xocavənd rayonu Xocavənd qəsəbəsində, Mingəçevir su anbarı ətrafında, Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində, Lənkəran rayonu “Sonalar bağı”nda və Şirvan Milli Parkının ətraf ərazilərində iməciliklər keçirilib.
 
Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının, yerli suvarma sistemləri idarələrinin nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 5 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.
Keçidlər