Uşaq Səfirləri Məclisinin Beyləqan rayon nümayəndələrinin təqdimatında “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” mövzusunda tədbir keçirilib.
12 iyun 2023 | 22:54
Beyləqan rayon Gənclər Evində Rayon İcra Hakimiyyətinin təşkilatçılığında Uşaq Səfirləri Məclisinin Beyləqan rayon nümayəndələrinin iştirakı ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı tədbir baş tutub.
Əvvəlcə Dövlət Himninin səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Fatma Xıdırlı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin tamam olması münasibəti ilə Beyləqanda silsilə tədbirlərin həyata keçirildiyini, görülən işlərin ardı olaraq növbəti tədbirin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin nümayəndələrinin iştirakı ilə baş tutduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Uşaq Səfiləri Məclisinin nümayəndələri-Beyləqan şəhər 2 saylı tam orta məktəbin şagirdləri Ayxan Əlizadə və Tunar Məmmədli mövzu ətrafında ətraflı çıxış edərək dünya şöhrətli siyasətçi, Azərbaycançılıq məfkurəsinin banisi olan Heydər Əliyevin həyat yolu və fəaliyyəti haqqında ətraflı danışıb, Ulu Öndərin əsasını qoyduğu böyük ideologiya və dövlət uşaq siyasətinin mahiyyəti barədə öz mülahizlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirdə çıxış edən rayon Gənclər Evinin əməkdaşı Adilə Həşimli “Heydər Əliyev və Azərbaycançılıq" anlayışı və böyük siyasət adamının uşaqlara verdiyi dəyərdən ətraflı danışmışdır.
Sonda Heydər Əliyevin həyat və siyasi fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.