Vətən Müharibəsi qazisi Orxan Həsənov doğum günü münasibətilə ziyarət olundu.
10 oktyabr 2024 | 17:13
10 oktyabr 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH-in məsul nümayəndələri ilə birgə Vətən Müharibəsi qazisi Orxan Həsənovu doğum günü münasibətilə evində ziyarət edib, qazimizə Rayon İcra Hakimiyyətinin hədiyyəsi təqdim edilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən Müharibəsinin iştirakçılarından biri, ölkəmizin suverenliyi uğrunda döyüşlərdə yaralanmış qazimizi doğum günü münasibətilə təbrik edib, ona şəxsi həyatında və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. RİH başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən qələbədən, Azərbaycan ordusunun qüdrətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs edərək öz qanı və canı bahasına Vətən torpağını müdafiə edən hər bir şəxsin dövlət tərəfindən diqqətdə saxlanıldığını vurğulayıb.
Orxan Həsənov göstərilən yüksək diqqət və qayğıya görə dərin təşəkkürünü və minnətdarlığını bildirib.