Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qazisi ziyarət olundu.

06 avqust 2024 | 19:04
06 avqust 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Əlinəzərli kəndində Vətən Müharibəsi qazisi Əliyev Əmrah Natiq oğlunu evində ziyarət edib. Görüşdə Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, DTX-nin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov və RİH-in məsul şəxsləri iştirak etmişdir.
Rayon rəhbəri Əziz Əzizov ziyarət zamanı qazi Əliyev Əmrah Natiq oğlunun səhhəti və problemləri ilə maraqlanıb, ona Allahdan şəfa diləyib.
Vətən müharibəsində əldə edilən qələbədən, Azərbaycan ordusunun qüdrətindən,əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs edən Ə.Əzizov onu da qeyd edib ki, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanlar, həmçinin onların ailələri dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır.
Qazinin ailəsinə ərzaq sovqatı təqdim olunub.
Qazimizin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.
Keçidlər