Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qazisi ziyarət olunub.

26 iyul 2024 | 11:37
Bu gün Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun tapşırığına əsasən aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev RİH başçısının Birinci Şahsevən kənd inzibati ərazi Nümayəndəliyi və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyevlə birlikdə 2-ci dərəcəli Vətən Müharibəsi əlili Hüseynov Elşad Şəftər oğlunu yaşadığı evdə ziyarət edib.
 
Məsul əməkdaşlar Birinci Şahsevən kənd sakini, qazi Hüseynov Elşad Şəftər oğlunun səhhəti və problemləri ilə maraqlanıb, ailəsinə sovqatlar çatdırıb, valideynlərinə belə vətənpərvər övlad yetişdirdiklərinə görə minnətdarlıq hisslərini ifadə ediblər.
 
Qazi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirakından fəxrlə söhbət açıb.
Keçidlər