Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Abdullayev Hikmət Şaiq oğlunun cənnətdəki növbəti doğum günü idi.

20 sentyabr 2022 | 09:06
Şəhidin doğum günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, idarə və müəssisə kollektivi, ictimaiyyət nümayəndələri şəhidin ailəsini ziyarət ediblər. 44 günlük Vətən müharibəsində tarix yazan, ölümü ilə ölümsüzlüyə qovuşan digər şəhidimiz Abdullayev Hikmət Şaiq oğludur. Abdullayev Hikmət Şaiq oğlu 20 sentyabr 1998-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Hikmət Vətən Müharibəsi başlayan zamanı bir neçə vacib məntəqənin işğaldan azad olunmasında yaxından iştirak etmiş, əsl igidlik və mərdlik simvoluna çevrilmişdir. Şəhidimizin döyüş yoldaşları onu qorxmaz, ölümün gözünə dik baxan igid kimi xarakterizə edirlər. Abdullayev Hikmət Şaiq oğlu Zəfər istiqamətində uzun bir yol qət etsə də, Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Sərəncamına əsasən Hikmət Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Keçidlər