Vətən Müharibəsi şəhidi Azadlı Eltac Sədrəddin oğlunun ildönümü mərasimi keçirilib.
31 oktyabr 2024 | 13:34
Bu gün Vətən Müharibəsinin qəhrəmanlarından şəhid Azadlı Eltac Sədrəddin oğlunun ildönümü mərasimi keçirilib.
Dünyamalılar kəndində, şəhidin ata ocağında keçirilən anım mərasimində Beyləqan RİH başçısı Əziz Əzizov YAP rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in nümayəndələri iştirak ediblər.
Beyləqan RİH başçısı Əziz Əzizov şəhidin yaxınlarına baş sağlığı verib, qəhrəman əsgər və zabitlərin vətənpərvərliyindən söz açıb. Ə.Əzizov şəhid, qazi və veteran statusunu qazanan hər bir Azərbaycan vətəndaşının qəhrəmanlıq nümunəsi olduğunu, xatirələrinin ehtiramla yad edildiyini və hər zaman qəlbimizdə yaşayacağını diqqətə çatdırıb.
Şəhidin ailə üzvləri Eltacın qazanılan Qələbədə payı olduğuna görə fəxr etdiklərini, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Eltac Azadlı 2020-ci il sentyabr 21-də səfərbərlik çağırışı ilə ordu sıralarına qoşulub. Vətən Mübaribəsi zamanı Füzuli-Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 3-də Füzuli-Qubadlı istiqamətində düşmənlə mübarizədə şəhadətə yüksəlib.
Oktyabrın 31-də Dünyamalılar kəndində dəfn edilib. Şəhadətindən sonra "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" , "Cəsur döyüşçü" və "Vətən uğrunda" medallarıyla təltif edilib.