Vətən Müharibəsi şəhidi Barat Quliyevin əziz xatirəsi şəhadət günündə yad edildi.
11 oktyabr 2024 | 15:29
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun hüquq-mühafizə orqanlarının və YAP Beyləqan rayon təşkilatının rəhbərliyi, RİH-in nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi zamanı torpqalarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Quliyev Barat Nizami oğlunun şəhadət günündə əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.
Şəhidin xatirəsinə açılmış ehsan süfrəsində iştirak edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Qələbə ilə başa çatan Vətən müharibəsinin Qarabağımızın azadlığıyla nəticələndiyini, 44 günlük müqəddəs savaşın dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildiyini diqqətə çatdırdı.
RİH başçısı Azərbaycanın üç minə yaxın qəhrəmanının torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldığını, minlərlə igidin qazi adını qazandığını vurğulayaraq xalqımız və dövlətimizin qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirdiyini, şəhidlərimizin ruhuna ehtiramla yanaşdığını və xatirəsini uca tutduğunu bildirib.
Şəhidin ailə üzvləri qəhrəman övladları ilə fəxr etdiklərini bildirib, şəhidlərin xatirəsi olan ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.