Vətən Müharibəsi şəhidi Cəlal Vəzirovun xatirəsinin əbədiləşdirilməsi üçün inşa olunan bulaq kompleksi istifadəyə verilib.
08 avqust 2022 | 13:13
Beyləqan rayonu Qaralılar kəndində şəhid Cəlal Vəzirovun xatirəsin inşa olunan bulaq kompleksinin açılış mərasimində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, aparatın şöbə müdiri Heybət Əliyev, şəhidin ailə üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin dostları, şəhid ailələri, veteran və qazilər, kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov çıxış edərək 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərinin qanının yerdə qalmadığını, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib. T.Məstanov Cəlal kimi Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd neçə-neçə oğulu yetişdirən şəhid ailələrinə dərin ehtiramını bildirib.
Çıxış edən şəhidin valideyinləri və dostları şəhid Cəlalın qısa, lakin şərəfli həyat yolundan, onun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açıblar. Bildirilib ki, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımız hər zaman xalqımızın qəlbində yaşayacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonda şəhid ailəsi bulaq kompleksinin üzərindəki ağ örpəyi götürərək bulağı kənd camaatının istifadəsinə verib.