Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Emin Məmmədovun doğum günü qeyd edilib

15 avqust 2022 | 11:53
15 avqust 2022-ci il tarixində Beyləqan rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Emin Vətən oğlu Məmmədovun doğum günü ilə əlaqədar “Şəhidlik ən ülvi addır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, şəhid ailələrinin üzvləri,qazilər,şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb,sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər və şəhidin döyüş yoldaşları Emin Məmmədovun həyat və döyüş yolu haqqında iştirakçılara ətraflı məlumat verib, ən müqəddəs zirvəyə - şəhidlik zirvəsinə çatan igidlərimizin hər biri ilə qurur duyduqlarını qeyd ediblər.
Şəhid Emin Məmmədov haqqında hazırlanan videoçarxın nümayişindən sonra şəhidin atası Vətən Məmmədov şəhid ailələrinə, həmçinin qazilərə göstərilən diqqət və qayğıya görə ilk növbədə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Keçidlər