Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Həsənov Səddam Aydın oğlunun 4-cü ildönümü keçirildi.

17 oktyabr 2024 | 13:05
Oktyabrın 17-də Vətən müharibəsində şəhid olmuş Həsənov Səddam Aydın oğlunun şəhadətə yüksəlməsinin 4-cü ildönümü qeyd olunub. Bu münasibətlə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı Yeni Mil qəsəbəsində il mərasimi keçirilib.
 
Beyləqan RİH-nin başçısı Əziz Əzizov,YAP rayon təşkilatının və hüquq mühafizə orqanlarının rəhbərləri və RİH-nin məsul işçiləri qəhrəman şəhidimizin ildönümü mərasimində iştirak edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər, ailəsinə səbir diləyiblər. Mərasim iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açıblar. Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən danışan iştirakçılar illər keçsə də Səddam kimi qəhrəmanlarımızın unudulmayacağını vurğulayıblar.
 
Şəhidin ailəsi oğlunun xatirəsinin daim yad olunmasını Səddamın simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib, hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılığını ifadə edib.
Keçidlər