Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Kazımov Rantik Füzuli oğlunun ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub.

31 oktyabr 2024 | 16:18
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavini və şöbə müdirləri ilə birgə Vətən Müharibəsində döyüşərək qəhrəmancasına şəhid olan Kazımov Rantik Füzuli oğlunun oğlunun şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar Mayak qəsəbəsində ailəsini ziyarət ediblər.
 
Ziyarət zamanı Şəhid Kazımov Rantik Füzuli oğlunun şərəfli həyat yolundan, Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılmış, bildirilmişdir ki, qəhrəmanımız son damla qanına qədər vuruşmuş, çoxsaylı döyüşlərdə xüsusi rəşadət göstərmişdir.
 
RİH başçısı Əziz Əzizov Vətənimizin bütövlüyü uğrunda şəhid olan, torpağın, vətənin müstəqilliyini öz canından üstün tutan qəhrəman oğullarımızın hər zaman xalqımızın qəlbində yaşayacağını bildirmiş, ölkə başçısı Prezident İlham Əliyevin göstəriş və sərəncamlarına əsasən Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin xatirəsinin daim uca tutulduğunu, onların ailə üzvləri dövlətimizin qayğısı ilə əhatə olunduğunu vurğulamışdır.
 
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rantiq Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.
 
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rantiq Kazımov ölümündən sonra "Vətən uğrunda" ,"Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edildi.
Keçidlər