Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Məmmədov Maarif Məmməd oğlunun ildönümü qeyd olunub.

17 noyabr 2024 | 14:15
2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn, Beyləqan rayonunun Təzəkənd kəndindən olan Məmmədov Maarif Məmməd oğlunun həm ata ocağında, həm də öz evində ildönümü mərasimi qeyd olunub. Hər iki mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ,RİH-nin məsul şəxsləri də iştirak ediblər.
 
Mərasim zamanı şəhidimizə Allahdan rəhmət dilənilib, ailə üzvlərinin qayğıları ilə maraqlanılıb. Şəhidin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər, prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər