Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Mirzəyev Elyar Cəlal oğlunun ildönümü qeyd olunub

15 oktyabr 2024 | 13:55
Rayon rəhbəri Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və RİH aparatının məsul şəxsləriylə birlikdə rayonun Bahar qəsəbəsində keçirilən yas mərasimində iştirak edib.Rayon rəhbəri şəhidin ailəsinə başsağlığı verərək, şəhidlərin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını bildirib. Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib.
 
İcra başçısı şəhid ailələrinə bundan sonra da hər cür dəstək göstərləcəyini vuğuladı və bildirdi ki, bu siyasət ölkə rəhbərliyinin tapşırığı əsasında həyata keçirilir.
 
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər