Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Rəşid Tahirovun xatirəsinin əbədiləşdirilməsi üçün inşa olunan bulaq kompleksi istifadəyə verilib.

31 oktyabr 2022 | 15:58
Beyləqan rayonu Qaradağlı kəndində şəhid Rəşid Tahirovun xatirəsin inşa olunan bulaq kompleksinin açılış mərasimində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, aparatın şöbə müdiri Heybət Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin nümayəndəsi, qeyri-hökümət təşkilatlarının nümayəndələri, şəhidin ailə üzvləri və dostları, şəhid ailələri, veteran və qazilər, kənd sakinləri iştirak ediblər.
 
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov çıxış edərək 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərinin qanının yerdə qalmadığını, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib. T.Məstanov Rəşad kimi Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd neçə-neçə oğulu yetişdirən şəhid ailələrinə dərin ehtiramını bildirib.
 
Tahirov Rəşid Loğman oğlu 1989-cu ildə Beyləqan rayonunun Qaradağlı kəndində əslən Qarabağdan olan Tahirovlar ailəsində dünyaya göz açıb. Onun uşaqlıq illərində ata-baba yurdu işğal altına düşsə də, Rəşid ötən illər ərzində torpaqlarımızı azad etmək arzusu ilə yaşayıb. Hələ yeniyetmə çağlarından vətənpərvərliyi, qorxmazlığı ilə fərqlənib, böyükdən-kiçiyə hər kəsin sevgisini qazanmışdı.
 
Azərbaycan Ordusunun əsgəri olan Rəşid Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rəşid Tahirov 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin artilleriya atəşi nəticəsində həlak olub.
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rəşid Tahirov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Keçidlər