Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Xudiyev Toğrulun doğum günü qeyd olunub.

02 yanvar 2025 | 08:27
Rayonun Qəhrəmanlı qəsəbə sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Xudiyev Toğrul Habil oğlunun ad günü onun xatirə bulağının önündə qeyd olundu.
 
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov,şəhid ailələri,kənd sakinləri və şəhidin təhsil aldığı orta məktəbin müəllim və şagird kollektivi iştirak etdi.
 
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlandı.Şəhidin əziz xatirəsi ehtiramla yad olundu.
 
Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmışdır.
 
Y.Məmmədova rəşadətli ordumuzun, məhz Toğrul Xudiyev kimi qəhrəman oğullarımız ın qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən ,işğalçılardan azad etdiyini qeyd etmişdir.
 
Mərasimdə çıxış edənlər 25-ci doğum günü qeyd olunan şəhid Toğrul Xudiyevin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.
 
Şəhidimizin doğum günündə təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.
 
Şəhidin atası Habil Xudiyev şəhidlərin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi.
Keçidlər