Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidinin anasının dəfn mərasimi keçirilib.

18 iyul 2025 | 12:53
Bu gün Vətən Müharibəsi şəhidi Əsədov Tural Sarvan oğlunun dünyasını dəyişmiş anası torpağa tapşırılıb.
 
Şəhid anasının dəfn mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları da iştirak ediblər.
 
Əziz Əzizov mərasim zamanı şəhidin ailə üzvləri ilə söhbət edərək onların kədərinə şərik olduğunu bildirib, ailəyə səbir və dözüm arzulayıb. O qeyd edib ki, Vətən uğrunda canından keçmiş qəhrəmanların ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunacaq, onların hər bir dərdi cəmiyyətimizin ortaq dərdidir.
 
Allah rəhmət eləsin.
Keçidlər