Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri-Abbasov Şamxal Xasay oğlu və Həsənov Pərviz Yolçu oğlunun ildönümləri qeyd olunur.

21 oktyabr 2024 | 12:05
2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn,Kəbirli kəndindən olan Abbasov Şamxal Xasay oğlu və Həsənov Pərviz Yolçu oğlunun ildönümü mərasimləri qeyd olunub. Şəhidlərimizin ildönümü mərasimlərində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri,YAP rayon təşkilatının sədri,RİH-nin məsul şəxsləri və kənd ictimaiyyəti iştirak ediblər.
 
Mərasim zamanı şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr dilənilib. Şəhidlərin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər, prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər