Vətən Müharibəsi veteranı vəfat etdi.
10 iyun 2024 | 16:26
Beyləqan rayonu Kəbirli kənd sakini, Vətən Müharibəsi veteranı Səfərzadə Rəsul Vüqar oğlu bu gün dünyasını dəyişib.
O, 44 günlük Vətən Müharibəsində iştirak etmiş, şərəfli döyüş yolu keçmişdir.
Rəsul səhhətində olan ümumi xəstəliklə bağlı uzun müddət müalicə almasına baxmayaraq bu gün dünyaya gözlərini yumub.
Səfərzadə Rəsul Vüqar oğlu ilə vida mərasimində Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Allah rəhmət eləsin!