Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçınabad qəsəbəsində səyyar qəbul-görüş keçirildi

22 sentyabr 2026 | 18:17
Beyləqan rayonunda əhalinin mövcud problemlərinin yerində öyrənilərək operativ həlli məqsədilə 22 sentyabr 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Xaçınabad qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
 
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatın şöbə müdirləri, xidmət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
 
Görüş iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Beyləqan rayonunun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər, kənd təsərrüfatı və infrastruktur sahəsində görülən işlər, həmçinin əhalini narahat edən əsas məsələlərin həlli ilə bağlı atılan addımlar barədə ətraflı məlumat verib. Bildirilib ki, sakinlərin rifah halının yüksəldilməsi və mövcud problemlərin aradan qaldırılması istiqamətində görülən işlər gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcəkdir.
 
Görüş zamanı qəsəbə sakinləri qaldırdıqları məsələlərlə bağlı onları narahat edən problemləri, eləcə də təkliflərini səsləndirib və müvafiq izahlar alıblar. Onların müraciətləri qeydə alınaraq nəzarətə götürülüb.
 
Xaçınabad qəsəbə sakinləri dövlət tərəfindən bölgələrə göstərilən diqqət və qayğıya, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə regionların inkişafına yönəlmiş islahatlara görə minnətdarlıqlarını bildiriblər.
 
Keçidlər