Şriftin ölçüsü :

Saytın rəngi :

“Xallıca və Ballıca” kukla tamaşası nümayiş olunub.

16 mart 2024 | 17:00
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq 16 mart 2024-cü il tarixdə Beyləqan rayon Mədəniyyət Mərkəzinin "Gənclik" xalq teatrının təqdimatında uşaqların bədii-estetik zövqünün formalaşması və inkişaf etdirilməsi, onların asudə vaxtının səmərəli təşkili və regionda teatr sənətinin təbliği məqsədilə, süjet xətti təbiətə sevgi aşılayan “Xallıca və Ballıca” kukla tamaşasının premyerası baş tutub.
Tamaşada Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları, uşaq bağçalarının körpələri, eyni zamanda rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Kosa və keçəlin novruz təbriki və şar sovqatı ilə başlayan kukla tamaşası uşaqlar tərəfindən yüksək coşqu və alqışlarla qarşılanıb.
Keçidlər