Xocalı Faciəsinin ildönümü Beyləqanda qeyd olunub.
26 fevral 2024 | 17:29
Bu gün Azərbaycan xalqının tarixi qan yaddaşı olan Xocalı soyqırımının törədilməsindən 32 il ötür.
Xocalı soyqırımının 32-cü ildönümü ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivi, rayonun idarə, müəssisə və təşkilat nümayəndələri N saylı hərbi hissənin əsgər və zabitləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzərək faciə qurbanlarını ehtiramla yad ediblər.
Qeyd edək ki, saat 17:00-da Beyləqan rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Allah şəhidlərimizə rəhmət eləsin!