Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində “COP-29-Yaşıl dünya və Azərbaycan” adlı dəyirmi masa keçirilib.

14 avqust 2024 | 22:14
14.08.2024 il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, aparatın əməkdaşları, idarə, müəssisə rəhbərləri, icra nümayəndləri və bələdiyyələrin iştirakı ilə Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində “COP-29-Yaşıl dünya və Azərbaycan” adlı dəyirmi masa keçirilib.
 
Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə icra başçısı Əziz Əzizov çıxış edərək, mövzunun aktuallığından, ekoloji biliklərin təbliğindən, vətəndaş cəmiyyətinin inkişafında bu kimi məsələlərin xüsusi əhəmiyyətindən bəhs edərək, gənc nəslin tərbiyəsində ekoloji dünyagörüşün formalaşmasının, ətraf mühitin qorunmasının vacibliyini vurğulayıb.
 
Rayon rəhbəri Azərbaycanda iqlim dəyişikliyinin təsirlərindən, bəşəriyyətə vurduğu ziyanlardan, bu sahədə görülən qabaqlayıcı tədbirlərdən danışaraq, ekoloji maarifləndirmə işlərinin gücləndirilməsində cəmiyyətin üzərinə düşən vəzifələrdən söz açıb.
 
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublikamızın bütün bölgələrində olduğu kimi rayonumuza da ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması prioritet məsələlərdən biri kimi qiymətləndirən icra başçısı rayonda insanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlərin də daim diqqət mərkəzində olduğunu qeyd etdi.
 
Ə.Əzizov bildirdi ki, mövcud parklarda mütəmadi olaraq yaşıllaşdırma və cari təmir işləri aparılmaqdadır. Bu il ərzində keçirilən ağacəkmə aksiyaları zamanı müxtəlif növ ağac və gül kolları əkilmişdir.
 
O, həmçinin COP29 tədbirlər planına uyğun olaraq Beyləqan rayonunda aparılan genişmiqyaslı işlərdən, ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərindən də bəhs etmiş, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində görüləcək işləri qeyd edərək müvafiq tövsiyələr verib.
 
20 avqust 2024-cü il tarixdə rayonda keçiriləcək genişmiqyaslı təmizlik aksiyasında fəal iştirak etmək üçün Rayon rəhbəri tərəfindən müvafiq qurumlara tapşırıqlar verilib.
Keçidlər