Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dəyirmi masa keçirilib.

02 aprel 2024 | 11:09

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində rayonda görülən işlər və qarşıya qoyulan mühüm vəzifələrlə bağlı 02.04.2024-cü il tarixdə dəyirmi masa keçirilib. Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən iclasda Asif Ağayev aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində görülən işlər daha da gücləndirilməlidir.

Keçidlər