Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının yaradılmasının 30-cu ildönümü qeyd olunub.

20 fevral 2023 | 11:47
20 fevral 2023-cü il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş yubiley tədbiri keçirildi.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edildi, abidə önünə gül dəstələri qoyuldu. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə rəhbərləri, Yeni Azərbaycan Partiyasının Ərazi Partiya Təşkilat sədrləri, Yeni Azərbaycan Partiyasının üzvü olan fəal gənclər və rayonun aktiv ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov açaraq, ilk öncə Yeni Azərbaycan Partiyasının yarandığı gündən, sonra isə, rayon təşkilatının yarandığı tarix barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Yeni Azərbaycan Partiyasının, o cümlədən rayon təşkilatının yaranmasının tarixi hadisə olduğunu qeyd etmiş, Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının təntənəsinin bu gün də müstəqil respublikamızın davamlı inkişafında özünü ifadə etdiyini vurğulayaraq Yeni Azərbaycan Partiyasının idarəçiliyi altında ölkəmizdə gedən islahatları haqqında danışmışdır.
Yubiley tədbirində şəhər 1 saylı Ərazi Partiya Təşkilatınım sədri Mehman Əliyev, Mərkəzi Rayon Xəstəxanası Ərazi Partiya Təşkilatınım sədri Bayram Muradov, Yeni Azərbaycan Partiyasının veteran üzvləri Həsən Mustafayev və Şakir Abbasov Partiyanın keçdiyi şərəfli yol haqqında ətraflı çıxışlar etdilər.
Sonda bir qrup gənc Yeni Azərbaycan Partiyası üzvünə yeni Partiya vəsiqələri, bir qrup Yeni Azərbaycan Partiyası fəalına Partiyanın ideoloji işində göstərdiyi fəallığa görə Təşəkkürnamə, bir qrup veteran Partiya üzvünə və Ərazi Partiya Təşkilat sədrinə Fəxri Fərman təqdim edildi.
Keçidlər