Yeni ilin ilk günlərindən Beyləqan rayonu geniş bir tikinti meydançasına çevrilib.
09 yanvar 2025 | 08:47
Rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində şəhərin mərkəzində yerləşən Məmməd Əmin Rəsulzadə küçəsində uzun müddət əsaslı təmir olunmadan istismar edilməsi səbəbindən yararsız hala düşmüş, əksər hissələrdə çatlar və qabarmalar müşahidə olunan, əhalinin hərəkətini çətinləşdirən səki daşları və bardurləri sökülür, səkilərin kənarlarına yeni, müasir tipli bardurlər, yerindən asılı olaraq səkilərə isə 2,5-3 metr enində tamet daşları döşənilir.
İşlərin qısa müddət ərzində başa çatdırılması və rayon sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.